Bu il 70-dən çox əməliyyat-taktiki və komanda-qərargah təlimi və məşqi keçirilib

Bu il 70-dən çox əməliyyat-taktiki və komanda-qərargah təlimi və məşqi keçirilib

Cari il ərzində Azərbaycan Ordusunun qoşun növləri cəlb edilməklə bir neçə genişmiqyaslı təlim, birlik və birləşmələrin iştirakı ilə 70-dən çox əməliyyat-taktiki və komanda-qərargah təlimi və məşqi keçirilib. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, eyni zamanda hazırlıq planına uyğun olaraq tədris ilində 15-dək briqada taktiki, 300-dən çox tabor (divizion) taktiki təlimi, eləcə də Hərbi Hava Qüvvələrində 80-dən artıq taktiki-uçuş və Hərbi Dəniz Qüvvələrində 6 gəmi-döyüş təlimi icra olunub.

Bu il ərzində qoşunların yerləşdirilməsi sisteminin təkmilləşdirilməsi və müasir sosial-məişət infrastrukturuna malik hərbi şəhərciklərin yaradılması üzrə tədbirlərin yerinə yetirilməsi davam etdirilib. Hərbi hissələrdə müxtəlif təyinatlı 60-dək hərbi infrastruktur obyekti, bir yeni hərbi hospital kompleksi, hərbi qulluqçular üçün yaşayış binaları inşa edilib, ümumilikdə 200-dən artıq xidməti mənzil hərbi qulluqçuların istifadəsinə verilib, müxtəlif təyinatlı 26 hərbi infrastruktur obyekti təmir olunub və hazırda bir sıra obyektlərin inşası davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31