Azərbaycanla sülh anlaşmasına nail olmaq Ermənistanın təhlükəsizliyinin qarantına çevriləcək

Azərbaycanla sülh anlaşmasına nail olmaq Ermənistanın təhlükəsizliyinin qarantına çevriləcək

"Nikol Paşinyan və onun komanda üzvləri bir həqiqəti yaxşı anlayırlar ki, Qarabağ məsələsində istənilən bir taktiki səhv onların hakimiyyətinin sonunu gətirə bilər. Odur ki, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan jurnalistlərə açıqlamasında haqlı olaraq qeyd edib ki, Ermənistanın əsas problemi Qarabağ ətrafında hadisələrin inkişafıdır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, Paşinyan başa düşür ki, Qarabağ məsələsinin "status-kvo" vəziyyətində, dondurulmuş halda saxlanılması Ermənistanın özünün təhlükəsizliyi üçün birbaşa təhdiddir: "Məhz bu amili nəzərə alaraq A.Qriqoryan bildirir ki,"biz təhlükəsizliklə bağlı baxışımızı genişləndirməyə ehtiyac görürük". Erməni strateqləri nəhayət ki, bu həqiqəti anlamalıdırlar ki, Ermənistanın geniş anlamda təhlükəsizliyi məhz Qarabağda işğalçılıq siyasətinə son qoymaqlarından və Azərbaycanla real sülh əldə etməkdən keçir. Azərbaycanla sülh anlaşmasına nail olmaq Ermənistanın təhlükəsizliyinin qarantına çevriləcək. Əks təqdirdə isə, Paşinyan və onun komandası erməni ictimaiyyətinə heç bir təhlükəsizlik zəmanəti verə bilməz və sıravi erməniləri Ermənistanın təhlükəsizliyinin etibarlılığına, möhkəmliyinə inandıra bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31