“Məmmədyarovla görüşəcəyəm, amma...” – Ermənistanın xarici işlər naziri

“Məmmədyarovla görüşəcəyəm, amma...” – Ermənistanın xarici işlər naziri

Ermənistan Xarici işlər naziri Zöhrab Mnatsakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçiriləcək növbəti görüşün tarixini açıqlamayıb.

O, bu barədə Gürcüstanın paytaxtı Tiflisdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Ölkənin baş diplomatı görüşün tarixinin hər iki tərəfdən eyni vaxtdan elan ediləcəyini bildirib:

"Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kifayət qədər çalışdıq, görüşlər davam edir".

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sonuncu görüş iyunun 20-də ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilib.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31