Leyla Yunusun Azərbaycan xalqı, dövlətinə hörməti yoxdur
Leyla Yunusun Azərbaycan xalqı, dövlətinə hörməti yoxdur
22 İyul 2019 15:01 SiyasətBu eqoist üçün dünyada müqəddəs heç nə yoxdur
"Hüquq müdafiəçisi", erməni maraqlarının bir nömrəli xidmətçisi Leyla Yunus dirilərlə mübarizə aparmağın faydasız və mənasız olduğunu görərək, indi də ölülərlə mübarizə aparmağa girişib. Öz ənənəsinə, hər kəsə çamur atmaq, qaralamaq, qərəzli fikirlər səsləndirmək, ən əsası dövlətçiliyi zərbə altında qoymaq kimi məqsəd və məramlara xidmət edən Leyla Yunus bu dəfə mərhum prezidentlər Heydər Əliyev və Əbülfəz Elçibəyi hədəf seçib. O, qeyd edib ki, Elçibəy və Əliyev kommunizm ideologiyasına gizli şəkildə xidmət edib. Leyla Yunus həmçinin Əbülfəz Elçibəyi KGB agenti adlandırıb.
"Hüquq müdafiəçisi"nin bu sərsəm açıqlaması Azərbaycan cəmiyyətində ciddi etiraza səbəb olub. Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, onun mərhum ölkə başçılarımız Heydər Əliyev və Əbülfəz Elçibəy haqqında səsləndirdiyi fikirlər tamamilə cəfəngiyyatdır və xəstə təxəyyülün məhsuludur. Onun sözlərinə görə, Leyla yunusların nə Heydər Əliyev, nə də Əbülfəz Elçibəy haqqında danışmağa mənəvi haqqı yoxdur: "Bu cür satqın hüquq müdafiəçisi Heydər Əliyevin, Əbülfəz Elçibəyin kölgəsində itib-batacaq qədər cılız fiqurdur. Bəzi müğənniciklər, şou-biznes nümayəndələri özlərini süni qalmaqallar yoluyla gündəmə gətirdikləri kimi çoxdandır səsi-səmiri gəlməyən Leyla Yunus da məhz millətimizin böyük simalarına, siyasi liderlərinə qara yaxmaqla gündəmə gəldi. Başqa sözlə desək, yenidən "xortladı". Ömrü boyu düşmən dəyirmanına su tökməklə məşğul olan, ermənilərlə işbirliyini gizlətməyən Leyla Yunusun "analitik" fikirlərini efir vasitəsilə Azərbaycan xalqına sırımağa çalışmağın günahı, vəbalı da məhz Sevinc Osmanqızının alnına, adına yazılır. Hər cür siyasi tör-töküntüləri efirə çıxarıb, onları hazırki Azərbaycan hakimiyyəti əleyhinə danışdırmaq və keçmiş liderlər haqqında saçma-sapan fikirlərə meydan vermək nə jurnalist etikasına, nədəki azərbaycanlı əxlaqına, mənəviyyatına sığmır".
"Hilal" təşkilatının sədri Arzuman Abdulkərimov isə deyib ki, Leyla Yunusun Əbülfəz Elçibəy haqqında dediyi hədyanlara təəccüblənməyib. Çünki Leyla Yunus Əbülfəz Elçibəyi heç vaxt sevəməyib: "Həmişə zərdüştkimilərlə birlikdə Elçibəy haqqında qara kompaniya aparlblar. Bu dəfə isə Elçibəyi Osmanqızı söydürdü. Düşünürəm ki, bu məsələdə Əli Kərimlinin barmağı var. Çünki Kərimli Leyla Yunusu bu fikirlərinə görə tənqid etmək əvəzinə "indi onun yeri idimi" deməklə kifayətləndi". Təşkilat sədri deyib ki, Leyla Yunus Əbülfəz Elçibəyi açıq təhqir edənlərdəndir: "Amma Bəyin doğum və ölüm günlərində onun məzarı qarşısında üz-gözlərini turşudaraq özlərini Elçibəyçi kimi göstərənlərin onun arxasınca nələr dediklərinin çox şahidi olmuşam. Üzünüz qara olsun".
Hüquq müdsafiəçisi İlqar Altay isə qeyd edib ki, Leyla Yunusun tanınmış hüquq müdafiəçisi və Elçibəy hakimiyyətinin məsul vəzifəli əməkdaşı olaraq Ə. Elçibəyi KQB agenti, yəni kommunizm rejiminə gizli xidmət edən adlandırmasını, milli-azadlıq hərəkatına və müstəqilliyimiz uğrunda mübarizəyə yönəlmiş həqarət sayır: "Onu müəyyən proseslərdə yaxşı tanıyan olaraq qeyd edim ki, Leyla Yunus təbiət etibarı ilə, hər zaman təxribat törədib konflikt yaradan, sonra isə bu konfliktiin içində bir tərəfin tərəfini haqlı-haqsız tutub, özünə divident ad-pul qazanandır. 2002-ci ildə, Nardaran sakinlərinin müdafiəsini birgə təşkil etdiyimiz əməkdaşlıqdan tanıyıram. Sakinlərin kəndi müdafiə adla qurduqları çadıra gecə "banditizm" idarəsi basqın edib. Səhər bir cavan, ayagını göstərib deyir, qaçarkən mismar batıb, pəncəsi altından girib üstdən çıxıbdır. Leyla Yunus isə təkid edir. Ekspert kimi yaz ki, güllə ilə vurublar, hesabatda yazaq. Belə saxtakardır. O, sakin də durur. O vaxt mətbuata da söylədim. Hələ ABŞ səfirliyində, səfir önündə nə oyundan çıxdı hesabat adıyla, səfir bu şitliyi bəyənməyib nə etdi və s. və i. qadındır, danışmaq istəmirəm. İkinci və ən zərərlisi Leyla Yunusun nə mərhum prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyevə, nə bu günkü iqtidarın və müxalifətin liderlərinə, nə müdafiə etdiyi, ya qınadığı bir kəsə, nə də ki, Azərbaycan xalqı, dövlətinə hörməti yoxdur. Bu eqoist üçün dünyada müqəddəs heç nə yoxdur".
Füzuli