Prezident QANUN İMZALADI - Yol hərəkəti qaydaları dəyişdi
Prezident QANUN İMZALADI - Yol hərəkəti qaydaları dəyişdi
19 İyul 2019 18:02 SiyasətPrezident İlham Əliyev "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Olaylar.az bildirir ki, dəyişiklik qanunun 12-ci (Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi) maddəsinə edilir.
Maddəyə edilən əlavəyə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda onların hərəkəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.
Digər əlavəyə görə, sənət abidələrinin xaricə müvəqqəti aparılması "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31