Azərbaycanla Uruqvay arasında saziş təsdiqləndi

Azərbaycanla Uruqvay arasında saziş təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Olaylar.az  bildirir ki, bununla da 2019-cu il mayın 1-də Bakı şəhərində imzalanmış Saziş qüvvəyə minib.

Fərmanın 1-ci hissəsinə əsasən, saziş qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31