Prezident onları təbrik etdi
18 İyul 2019 15:21 SiyasətPrezident İlham Əliyev Avropa Komissiyasının yeni seçilmiş Prezidenti Zati-aliləri xanım Ursula Fon der Lyayenə məktub göndərib.
Olaylar.az bildirir ki, məktubda deyilir:
"Hörmətli xanım Fon der Lyayen,
Avropa Komissiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31