Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
16 İyul 2019 10:10 Siyasət"Mən Azərbaycan və gürcü xalqlarının müdrikliyinə inanıram. Biz yüzilliklərdir ki, xeyirxah dünyada yaşayırıq".
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bunu Gürcüstan-Azərbaycan sərhədinin keçdiyi Keşikçidağ monastır kompleksi ətrafında baş verən hadisələrlə bağlı danışarkən deyib.
Gürcüstanın keçmiş prezidenti qeyd edib ki, daha əvvəl o öz "feysbuk" səhifəsində bütün bu hadisələr haqda fikrini bildirib.
M.Saakaşvili vurğulayıb ki, ona yalnız bütün bu problemlərin həll olunmasını və Azərbaycanla Gürcüstanın yaxşı qonşuluq münasibətlərini saxlamalarını və inkişaf etdirmələrini arzulamaq qalır.virtualaz.org-
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31