Rusiya Azərbaycanlıları İttifaqı MeqaFonu səhvini düzəltməyə mıəcbur etdi
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFonu səhvini düzəltməyə mıəcbur etdi
15 İyul 2019 16:33 SiyasətDağlıq Qarabağ şirkətin xidmət xəritəsi
Rusiyanın ikinci böyük mobil operatoru MeqaFonun Moskva-Bakı münasibətlərinə xələl gətirəcək addımının qarşısı alınıb. "OLAYLAR" xəbər verir ki, Rusiya Azərbaycanlıları İttifaqının kəskin reaksiyası və uğurlu fəaliyyəti nəticəsində işğal altında olan Dağlıq Qarabağı MeqaFon xidmət xəritəsindən çıxarıb.
Məlumat üçün qeyd edək ki, sözügedən şirkət Azərbaycanın ərazi bütövlüyünə sayğısızlıq nümayiş etdirərək Ermənistan tərəfdən işğal edilmiş Dağlıq Qarabağı öz xidmət xəritəsinə daxil etmiş və onu müstəqil dövlət kimi göstərmişdi. Şirkət Azərbaycanla Qarabağın guya fərqli ərazilər olduğunu vurğulamaq üçün danışıq tariflərini uyğun olaraq hər dəqiqə üçün 25 və 20 rubl müəyyən etmişdi.
MeqaFon şirkətinin Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsilziyinə ciddi etiraz edən Rusiya Azərbaycanlıları İttifaqı və onun prezidenti Fizuli Məmmədov bəyanat yayaraq şirkəti bu yalnış addımdan yayınmağa çağırmışdı.
MeqaFonun Dağlıq Qarabağı xidmət xəritəsindən çıxarmasını Rusiya Azərbaycanlıları İttifaqının növbəti uğuru kimi dəyərləndirə bilərik.