Azərbaycan-NATO əməkdaşlığı inkişaf edir

Azərbaycan-NATO əməkdaşlığı inkişaf edir

"NATO ilə Rusiya arasında danışıqlar aparmaq üçün məkan kimi yenidən Azərbaycanın seçilməsi təbii haldır. Azərbaycan regionun aparıcı dovləti kimi son dövrlər bir çox dünya əhəmiyyətli tədbirə ev sahibliyi edir. Ölkəmiz regional layihələrdə mühüm rol oynayır. Azərbaycan artıq regionla mübahisəli məsələlərin açarı rolunda çıxış edir. Bu gün istənilən məsələ ilə bağlı regionda Azərbaycan amili nəzərə alınır. Ölkəmiz cənab prezidentin də qeyd etdiyi kimi sabitlik adasıdır". Bu fikirləri Olaylar.az-a siyasi ekspert Zeynal Əmrəliyev deyib. Obildirib ki, Bakı diplomatik və siyasi paytaxt statusunu qoruyub saxlayır: "Olduqca əhəmiyyətli tədbirlərin, idman yarışlarının dəfələrlə təhlükəsiz şəraitdə ölkəmizdə keçirilməsi dünya miqyasında Azərbaycanın gücünü bir daha hər kəsə göstərdi. İran və Rusiyanın qonşuluğunda yerləşən bir müsəlman ölkəsinin bu dərəcə təhlükəsizliyin qaranti olması həqiqətən möcüzədir. Bu kimi yüksək əhəmiyyətli tədbir və görüşlərin keçirilməsi Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Xarici investorlar asanlıqla şərqin ən təhlükəsiz müsəlman dövlətinə investisiya yatıra bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31