Azərbaycan NATO-nun etibarlı və fəal tərəfdaşıdır

Azərbaycan NATO-nun etibarlı və fəal tərəfdaşıdır

"NATO ilə Rusiya arasındakı danışıqların aparılması üçün Bakı ən ideal şəhərdir. Əvvəlki illərdə də iki tərəf arasında danışıqlar Bakı şəhərində keçirilmişdi. Azərbaycan "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır və ikitərəfli əməkdaşlığın gündəliyi geniş xarakter daşıyır". Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib. O bildirib ki, Azərbaycan-NATO əlaqələri yüksələn xətt üzrə inkişaf edir: "Azərbaycan Respublikası, xüsusilə Bakı şəhəri regionun diplomatik paytaxtı olaraq humanitar, dayanıqlı inkişaf, multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq, enerji və digər məsələlərin müzakirəsi üçün beynəlxalq məkan olmaqla bərabər, qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu da oynayır. Eyni zamanda Azərbaycan həm Rusiya həm də Nato ilə balanslaşdırılmış siyasət yürütməyi bacaran, hər iki tərəfində maraqlarını qorumağa qadir olan yeganə ölkədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31