Azərbaycan NATO üçün vacib tərəfdaşdır

Azərbaycan NATO üçün vacib tərafdaşdır

"Azərbaycan NATO üçün, ümumilikdə Qərb üçün vacib ölkələrdən biridir. Çünki Azərbaycan Cənubi Qafqazda ən güclü dövlətdir. NATO şərqə doğru inteqrasiya prosesini davam etdirir və növbəti görüşün Bakıda keçirilməsi təsadüfi deyil. Bu simvolik xarakter daşıyır".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Rusif Məmmədsoy deyib.

O bildirib ki, bu addımla NATO Azərbaycanın onun üçün vacib tərəfdaş olduğunu göstərir və Azərbaycan tərəfi də bu məsələdə əhəmiyyətli rola sahibdir: "Azərbaycan artıq uzun illərdir ki, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramının iştirakçısıdır. Rəsmi Bakı regionda yeganə dövlətlərdən biridir ki, tam müstəqil siyasət yürüdür. Bundan əlavə Azərbaycanın xarici siyasəti milli maraqlara söykənən balanslı siyasət olduğuna görə görüşün məhz ölkəmizdə keçirilməsi məqsədəuyğundur. Hesab edirəm ki, bu cür görüşlərin mütəmadi olaraq ölkəmizdə keçirilməsi Rusiya ilə münasibətlərimizə də öz müsbət təsirini göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31