Avropa İttifaqı Azərbaycan üzərindən Mərkəzi Asiyaya açılır

Avropa İttifaqı Azərbaycan üzərindən Mərkəzi Asiyaya açılır

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər hər ötən gün yeni bir mərhələyə qədəm qoyur. 20 ildən artıq bir tarizə malik olan bu əməkdaşlığın əsası 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi"nin imzalanması ilə qoyuldu. Təsadüfi deyil ki, həmin dövrdə sözügedən müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilirdi.  Müqaviləni imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu il iyunun 22-dən qüvvəyə minən və ümummilli lider Heydər Əliyevin imza atdığı bu saziş tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyirdi.

Günümüzdə də Azərbaycanın xarici siyasətində Avropa qurumları ilə əlaqələri inkişaf etdirmək mühüm istiqamətləırdən biri sayılır və bu istiqamətdə rəsmi Bakı Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi önəm verir. Sevindirici hal ondan ibarətdfir ki, qarşı tərəf də öz növbəsində bu əməkdaşlıqda maraqlı görünür. Elə Avropa İttifaqının Şurasının baş katibi Donald Tuskun da ölkəmizə səfəri Brüsselin Bakı ilə əməkdaşlığa maraqlı olduğunun bariz nümunəsidir. Elə əksər ekspertlər də məhz bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhılükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki,  Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələr hər keçən gün inkişaf etməkdədir. Onun sözlərinə görə, məhz Azərbaycanın əsas ticari tərəfdaşı Avropa İttifaqıdır və bu ölkəmizin xarici ticarət payının 40 faizini təşkil edir: "Göründüyü kimi Avropa İttifaqı ilə bu istiqamətdə əməkdaşlıq milli maraqlarımıza cavab verir. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun regiona səfəri çərçivəsində Azərbaycana səfərində ikitərfli əlqələrin inkişafı xüsusi ilə enerji sahəsində Azərbaycanın İttifaqın enerji diversifikasiyasına verdiyi dəstək və çərçivə sazişinin tezliklə bağlanması müzakirə edilib. Qeyd edim ki, Avropa İtifaqı Cənubi Qafqaza mühüm diqqət ayırır və burada Azərbaycana daha da tərəfdaşlıq baxımından strateji diqqət yetririr. Bu gün "Cənubi Qaz dəhllizi " və onun əsas seqmentləri olan TANAP və TAP qaz boru kəməri "Şahdəniz-2" qaz kondensat yatağından Avropaya 2020-ci ildən qaz ixrac edəcək. Avropa həmçinin Mərkəzi Asiyaya açılımı Azərbaycan üzərindən əməkdaşlıqla planlayır".

Politoloq deyib ki, bu gün Avropa İttifaqının Mərkəzi Asiya üzrə qəbul etdiyi proqram Azərbaycan üzərindən Mərkəzi Asiya ilə ciddi əməkdaşlığı nəzərdə tutur: "Odur ki. Avropa İttifaqı ilə Azərbaycan əməlkdaşlığı inkişaf etdirməli, gözlənilən Çərçivə sazişini bağlamalıdır. Qeyd edim ki, il ərzində Çərçivə Sazişi bağlanmaya bilər. Bunun əsasında əməkdaşlığın yeni bazası yaradılacaq və gələn il saziş bağlana bilər".

Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu gün Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə tam dəstək verməklə, sabah Azərbaycanın ərazilərini bərpası üçün əməliyyatlara başlayacağı təqdirdə onu dəstəkləyəcəyini ortaya qoyur: "Avropa İttifaqının Ermənistanla iqtisadi əməkdaşlığı demək olar ki, səmərəli deyil. Bu ölkənin inqilaba rəğmən Rusiyanın buxovundan çıxa bilməməsi, Nikol Paşinyanın apardığı siyasətin səmərə verməməsi artıq, Avropa İttifaqının Azərbaycan və Gürcüstana daha da diqqət ayrımasına səbəb olub. Brüssel başa düşdü ki, Ermənistanda baş verən inqilablar heç nəyi dəyişmir və regionda əsas siyasi-iqtisadi və enerji tərəfdaşı Azərbaycan olacaq. Qeyd edim ki, ABŞ və Ruysiyanın regionda artan rəqabəti fonunda Avropa İttifaqının da regiona nüfuz etməsi ölkəmizin manevr imkanını artıracaq və üç mərkəzin dəstəyini almış olacaq. Seçim əsasında Azərbaycan üçün əsas məqbul cəlbedici Avropa İttifaqı olacaq".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31