Zakir Həsənov BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Zakir Həsənov BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyulun 9-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ölkəmizdə fəaliyyəti başa çatan Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Elena Aymone Sesserailə görüşüb. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Müdafiə Nazirliyi ilə BQXK arasında qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, cəbhəboyu zonada yerləşən hərbi hissələrin şəxsi heyətinin və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin beynəlxalq humanitar hüquq sahəsində maarifləndirilməsi üzrə həyata keçirilən fəaliyyətlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

Müdafiə naziri Azərbaycanda fəaliyyət müddətində ölkəmizlə beynəlxalq təşkilat arasında əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəmədiyinə görə xanım E.Sesseraya təşəkkürünü bildirib və gələcək işlərində uğurlar arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31