Azərbaycan Ümumdünya İrs Komitəsinin işçi qrupuna da rəhbərlik edib

Azərbaycan Ümumdünya İrs Komitəsinin işçi qrupuna da rəhbərlik edib

İyunun 30-da Bakıda öz işinə başlayan və Azərbaycan Respublikasının sədrlik etdiyi UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edir.

Olaylar.az bildirir ki, sessiya çərçivəsində ölkəmiz həmçinin komitənin xüsusi işçi qrupuna (Ad Hoc) da rəhbərlik edib. Azərbaycan Respublikasının UNESKO yanında daimi nümayəndəliyinin ikinci katibi Rəşad Baratlının rəhbəri olduğu işçi qrupda 33 ölkə, UNESKO-nun Dünya İrs Mərkəzi və məşvərət qurumlarının nümayəndələri təmsil olunub. İşçi qrupun gündəliyində nominasiya prosesində islahatlar və əlavə məşvərət xidmətlərinin müzakirəsi məsələləri öz əksini tapıb.

Aparılan müzakirələrin nəticələri Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına təqdim edilib. Sessiya zamanı nominasiya prosesinin islahatı ilə bağlı önəmli qərarlar qəbul olunub. Bununla əlaqədar olaraq Ümumdünya İrs Komitəsinin üzvləri Azərbaycan Respublikasına təşəkkürlərini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31