İranı hansı təhlükə gözləyir?
İranı hansı təhlükə gözləyir?
8 İyul 2019 15:28 SiyasətBirləşmiş Ştatlarla İran arasında gərginlik hər ötən gün yeni bir məcraya qədəm qoyur. İki ölkə arasında münasibətlərin bir qədər də gərgin xarakter almasına tanker krizi yol açıb.
İki ölkə arasında Bəsrə körfəzində başlanan tanker krizi əvvəlcə iqtisadi savaşa çevrilsə də, indi artıq siyasi və hərbi ritorikalar da müşahidə edilir.
Tehranla Vaşinqton arasında yaşanan gərginliyə diqqət çəkən analıitiklər bunun hər iki ölkənin, eləcə də regionun ziyanına olacağı qənaətindədirlər. "Atlas" Araşdırmalar Mərkəzinin üzvü, politoloq Turan Rzayev deyir ki, bu iki ölkənin ulduzları əzəl gündən barışmır. Onun sözlərinə görə, lakin aralarındakı gərginlik bu qədər dərinləşməmişdi: "Tərəflər biri birini həm dövlət rəsmiləri həm də hərbi sahədə açıqca hədələyir. Məsələn, ABŞ prezidenti Trampın, "Əğər İran müharibə istəyirsə, bu İranın rəsmən sonu olacaq!" kimi ifadələr işlətməsi, qarşı tərəfin də buna cavabsız qalmaması münaqişənin nə qədər ciddiləşdiyini göstərməkdədir. ABŞ əvvəllər də İrana təziqlər edir, hədələyir, hətta Fars körfəzində hərbi gəmiləriylə hədələyici mesajdar verirdi. İndi isə bu münaqişə yeni bir sferaya keçib. Məsələ ondadır ki, son günlər İngiltərə ordusuna bağlı qüvvələr İrandan Suriyaya neft daşıdığı iddia edilən bir tankeri Cəbəlitarık Boğazında dayandırıb. Bu isə artıq tanker krizinin heç də Bəsrə körfəziylə kifayətlənməyəcəyini bizə bir daha göstərmiş oldu. Bu zaman aşağıdakı suallar ortaya çıxır. İngiltərəni belə bir addım atmağa nə vadar etdi?. İngiltərə ABŞ-la birgə İrana qarşı hərəkət edəcəkmi?"
Ekspert deyib ki, İngiltərə rəsmiləri bəhsi keçən tankerin saxlama səbəbini sözdə İran tərəfinin Suriyaya Əsəd tərəftarlarına yönəlik yardımı kimi qiymətləndirib: "Lakin bu heç də düz yanaşma deyil. Çünki Refinitiv şirkəti tərəfındən paylaşılan məlumatlara görə, mübahisəli tanker Misirin Süveyş kanalından deyil, Afrika qitəsinin cənubundan keçərək gəlib. Əgər İran tərəfinin məqsədi Əsəd rejiminə dəstək olsaydı, bunu ən qısa yolla, ya Şimali İraq üzərindən, ya da elə Süveş kanalı vasitəsiylə edərdi. Buradan belə bir qənatə gəlmək olar ki, İngiltərə tərəfi bu addımıyla açıqca İrana qarşı ABŞ-ı dəstəkləyir. Bundan sonra bizi nələrin gözləyəcəyinə gəldikdə deyə bilərəm ki, munaqişənin hərbi sferaya keçməsi real görünmür. Əvvəla, Boltonun da qeyd etdiyi kimi hərbi donanmanın Körfəzə göndərilməsi daha çox təhlükəsizlik məqsədilə bağlı idi. Və yaxud bu İrana verilən "göz dağı" olaraq da izah edilə bilər. Ancaq istənilən halda Tramp hərbi əməliyyatların başlanmasını gözə ala bilməz. Çünki buna ölkə içində ciddi muxalifət var. Həmçinin ABŞ-ın 16 il əvvəl Körfəz ölkələrindən biri olan İraqa hərbi müdaxiləsinin mənfi təsirləri hələ də keçməyib. İraqda və regionda ABŞ müdaxiləsinin təsirləri hələ də qalmaqdadır. Belə bir zamanda İrana ediləcək hücum regionda daha böyük və idarə edilə bilməz bir böhrana səbəb ola bilər. ABŞ-ın İrana qarşı mövqeyi konkretdir. İngiltərənin addımı isə ABŞ-ın yanında olduğu və İrana qarsı iqtisadi muharibədə tam dəstək verəcəyinin göstəricisidir. Belə olan halda onlar İrana qarşı tədbirlər görməyə məcburdurlar. Bu tədbirlərin başında isə iqtisadiyyatın genis bir bölümünu əhatə edən yanacaq ixracı üçün yeni alternativ tranzit yollarının axtarışıdır. Bütün hallarda İranin atacaği addımların da daha sərt olacağı acıqdır"
Ekspert deyib ki, tərəflərin bir-birini hədələməsi, təhdidləri müharibə abu-havası yaratsa da, münaqişənin hərbi sferaya keçməsi hələ ki real görünmür: "Məsələ onda deyil ki İran ABŞ üçün kifayət qədər güclü rəqibdir. Düzdür İran nə Suriyadır, nə də İraq. Lakin İran yenə də ABŞ-la muharibə ehtimalını gözə alacaq qədər güclü bir olkə deyil. Əslində ABŞ tərəfi də aktiv müharibə meylində deyil. Düzdür, Fars körfəzindəki ABŞ donanması hər bir əməliyyata hazırdır. Lakin ABŞ bu regionda bir dəfə bu səhvə yol verib və kifayət qədər problem yaşayıb. ABŞ-ın İraqa müdaxiləsi həm Vaşinqton, həm də region üçün böyük fəsadlarla yadda qalıb. Bu baximdan aktiv münaqişəyə ehtimalı azdır".
Turan Rzayev onu da deyib ki, ABŞ yaxın Şərqdə öncə radikal qruplasmaları dəstəkləyib, onlardan sabit rejimlərin devrilmsində istifadə etdib. Daha sonra isə elə həmin qurplaşmalara qarşı yerli azlıqlardan istifadə edərək mübarizə aparıb: "Məhs regionda da ən çox dəstəklədiyi yerli xalq kürdlərdi. ABŞ-ın regionda kürdləri dəstəkləməsindən bəlkə də ən çox narahat olan ölkə Türkiyədir. Türkiyənin bu narahatçılığı və gördüyü əks tədbirlər İran üçün gələcəkdə potensial təhlükə yaradır. Bu zaman belə bir sual ortaya çıxır. İranı nə kimi bir təhlükə gözləyir? Türkiyə uzun illərdir istər ölkə daxilində, istərsə də ölkə xaricində kürd terror qruplaşmalarına qarşı mübarizə aparmaqdadır.Atılan adekvat addımlar və aparılan uğurlu əməliyyatlar Kürd birləşmələrinə ağır təsirlər vurdu. Xüsusilə Türkiyənin "Pəncə Əməliyyat Planı" ndan sonra kifayət qədər terrorçu zərərsizləşdirilib. Təəccüb doğuran məqam isə ABŞ rəsmilərinin bu əməliyyatlara elə də ciddi reaksiya verməməsidir. Türklərin apardığı antiterror əməliyyatarı özlüyündə yerli kürdlərin bölgədən köçməsinə gətirib çıxarır. Bölgədən uzaqlaşan kurdlərinsə daha çox üz tutduğu ölkə İrandır.Onu da qeyd edim ki, son 50 il ərzində İrana 3 dəfə geniş kürd axını bas verıb. Bunlardan ilki Səddam Huseyin zamanında vaş verib. İkincisi İŞİD zülmündən sonuncusu isə məhs Türkiyənin Şimali iraqda apardığı "Pəncə Əməliyyatı"dır. Nəzərə alınmalıdir ki, İranda kürd əhali say etibarı ilə ikinci yerdədir və kifayət qədər əhəmiyyətli bir saya malikdir. Bu baxımdan düşünürəm ki, İranda artan kürd nufusu gələcəkdə bu ölkə üçün ciddi problemə çevriləcək. Çünki kürdlər tarixdə bir neçə dəfə İrandan ayrılaraq müstəqil olmaga cəhd edib, lakin İngiltərə və digər güclərin köməyi ilə bu təşşəbbüs uğursuzluğa düçar olub. İran ilə ABŞ arsındakı hazırki vəziyyəti nəzərə alsaq, belə düşümürəm ki, kurdlərin İrana kütləvi axını ABŞ-ın İrana yönəlik məqsədli siyasətidir"
Məhəmməd