Tunis lideri İlham Əliyevə məktub göndərdi

Tunis lideri İlham Əliyevə məktub göndərdi

Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Olaylar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə şəxsən öz adımdan və Tunis xalqı adından səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram. Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafeyi naminə daha da güclənməsində maraqlı olduğumuzu Zati-alinizə bildirmək mənə xoşdur," - təbrikdə qeyd edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31