Xankəndində 3 saatlıq Qarabağ görüşü – Ermənilər PLAN HAZIRLADI
Xankəndində 3 saatlıq Qarabağ görüşü – Ermənilər PLAN HAZIRLADI
5 İyul 2019 13:44 SiyasətErmənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə gəlib.
Olaylar.az xəbər verir ki, Mnatsakanyan Xankəndində separatçı rejimin "rəhbəri" Bako Saakyanla görüşüb.
3 saat davam edən görüşdən sonra Mnatsakanyan bildirib ki, Saakyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. O, müzakirələrin müsbət keçdiyini vurğulayıb.
Mnatsakanyan separatçı rejimin "xarici işlər naziri" Masis Mailyanla da görüşüb. Onlar arasında 2019-2020-ci illər üzrə konsultasiya planı imzalanıb.
Z.Mnatsakanyan Qarabağa iyulun 3-ü gəlib, səfər 5 iyula kimi davam edib.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31