Prezident bu nazirliklərə yeni səlahiyyətlər verdi
Prezident bu nazirliklərə yeni səlahiyyətlər verdi
3 İyul 2019 18:42 SiyasətÇoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə protokol tərtib edəcək qurumlar müəyyənləşib.
Olaylar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"na dəyişiklik edilməsi barədə sərəncamında qeyd olunub.
Sərəncama əsaasən, İnzibati Xətalar Məcəlləsinin 393-1.2 maddəsində nəzərə tutulan həmin inzibati xəta ilə bağlı protokol inzibati xətanı aşkar etmiş qurumlar - İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən tərtib olunacaq.