Ukrayna nümayəndəsi: "Azərbaycan UNESKO Ümumdünya İrs Komitəsində mühüm ölkələrdən biridir"
Ukrayna nümayəndəsi: "Azərbaycan UNESKO Ümumdünya İrs Komitəsində mühüm ölkələrdən biridir"
3 İyul 2019 15:23 Siyasət"Bakıda keçirilən UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası bu şəhərdə baş tutan bütün tədbirlər kimi yüksək səviyyədə təşkil edilir".
Olaylar.az xəbər verir ki, bunu sessiyada iştirak edən Ukrayna nümayəndə heyətinin üzvü Georgi Selski deyib.
G.Selski qeyd edib ki, Azərbaycan UNESKO Ümumdünya İrs Komitəsində mühüm ölkələrdən biridir.
Ukrayna nümayəndə heyətinin üzvü əlavə edib ki, bu tədbiri keçirməklə Azərbaycan dünya mədəni irsinin mühafizəsi məsələsinə vacib töhfə verir.
Qeyd edək ki, 43-cü sessiyaya xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb.
İrlandiyalı arxeoloq: "Bakıda keçirilən UNESKO Ümudünya İrs Komitəsinin sessiyası ən yaxşı tədbirlərdəndir"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31