Əliyev, Putin və Ruhaninin görüş vaxtı məlum oldu
Əliyev, Putin və Ruhaninin görüş vaxtı məlum oldu
2 İyul 2019 17:10 SiyasətRusiya, İran və Azərbaycan prezidentlərinin bu ilin avqust ayının 14-də görüşü gözlənilir.
Olaylar.az bildirir ki, bu barədə Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov məlumat verib.
"Yeni format hazırlanıb - Rusiya, İran və Azərbaycan. Belə başa düşürəm ki, görüş 14 avqustda Rusiyada baş tutacaq", - deyə Umaxanov İran parlamentinin birinci vitse-spikeri Məsud Pezeşkianla görüşündə bildirib.
Məlumata əsasən 3 ölkənin dövlət başçılarının görüşü Soçidə keçiriləcək.
azvision
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31