Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatının başqanından Ermənistana mesaj
Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatının başqanından Ermənistana mesaj
2 İyul 2019 16:23 SiyasətDərviş Rəcəb Var: "Bir gün Qarabağı sizə məzar edəcəyik"
"Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatı olaraq Turan coğrafiyasında olan 40 türk yurdunun milli birlik və bərabərliyi üçün fəaliyyət göstəririrk". "Olaylar" xəbər verir ki, bu fikirləri Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatının başqanı Dərviş Rəcəb Var səsləndirib. Dərviş Rəcəb Var əlavə edib ki, biz türk əqraba topluluqlarının birliyinin zəruriliyini anlayırıq və bunun üçün çalışırıq: "Bunun nə qədər önəmli olduğunu hər kəs bilməlidir. Biz, XXI əsri türkün yüksəliş əsri kimi qəbul edirik". Dərviş Rəcəb Var əlavə edib ki, İşğalda olan Azərbaycan torpaqları bir gün mütləq azad olunacaq və öz sahiblərinə qaytarılacaq: "Mən, azərbaycanlı qardaşlarımı əmin edirəm ki, heç bir türk Qarabağın işğalı ilə barışmayacaq. Biz, öz qardaşlarımıza əlimizdən gələn dəstəyi göstərməyə hazırıq və göstəririk. Buradan işğalçı ermənilərə və onların havadarlarına səslənirəm: "İşğal etdiyiniz Azərbaycan torpaqlarını tərk edin. Əgər tərk etməsəniz, bir gün o torpaqları sizə məzar edəcəyik".