Deputatımız NATO-nun tədbirinə qatılıb

Deputatımız NATO-nun tədbirinə qatılıb

Milli Məclisin deputatı, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Bayramov Assambleya tərəfindən NATO-nun Brüssel şəhərindəki mənzil qərargahında təşkil olunan tanıtım proqramında iştirak edir. MM-dən "Olaylar"a verilən məlumata görə, tədbir çərçivəsində deputatımız NATO-nun siyasətinə, tərəfdaşları ilə münasibətlərinə, həyata keçirdiyi əməliyyatlara, Alyansın Parlament Assambleyası ilə əməkdaşlığına həsr olunan müzakirələrdə, habelə təşkilatın yüksək vəzifəli mülki və hərbi rütbəli rəsmi şəxsləri, o cümlədən quruma üzv olan dövlətlərin daimi nümayəndələri ilə görüşlərdə iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31