Düşmən Şuşada böyük konsert keçirdi - Qarabağda erməni kilsəsinin bərpasının 30 illiyi..
Düşmən Şuşada böyük konsert keçirdi - Qarabağda erməni kilsəsinin bərpasının 30 illiyi..
29 İyun 2019 18:49 SiyasətDünən- iyunun 28-də separatçı ermənilər Azərbaycanın işğal altındakı Şuşa şəhərində geniş konsert tədbiri təşkil edib.

Olaylar.az xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, buna səbəb erməni apostol kilsəsinin Qarabağ eparxiyasının bərpa edilməsinin 30 illiyi olub. Konsertdə Fransa və Amerikadan gəlmiş tanınmış erməni əsilli müğənnilər də çıxış edib. Tədbirə qondarma rejimin başçısı Bako Saakyan, Qarabağın baş keşişi Parqev Marrtirosyan və digər separatçı məmurlar qatılıb.

P.S. Sovet dövründə də işğal altındakı torpaqlarımızda yaşamış bizlərin əksəriyyətindən fərqli olaraq öz dinlərini, inanclarını yaşadan ermənilər "kirvə", "axber" deyə-deyə tut arağı və qadınlarıyla bizləri dindən-dondan çıxarmışdı... Bəlkə də Allah qatında 30 ilə yaxın yurdlarımıza həsrət qalmağımızın başlıca səbəblərindən biri də budur...
moderator