Siranyanın müvəkkil təyin edilməsi erməni diasporunu gücləndirməyəcək

Ermənistanın hazırkı xarici siyasəti əvvəlki hökumətin siyasətindən yalnız onunla fərqlənir ki, Paşinyan hökumətinin reklam kampaniyası "Qarabağ klan" nın fəaliyyətindən güclüdür. Meydanlarda populist çıxışları zamanında gündəmə gəlməyə çalışan erməni baş nazir eyni üslubunu hakimiyyətə gəldikdən sonra da davam etdirir. O gah Rusiyaya, gah ABŞ-a meyillənməklə siyasi alverlə məşğuldur. Bir tərəfdən özünü sülhpərəst göstərən Paşinyan digər tərəfdən nazirlərini "sərsəm bəyanatlar" verməyə məcbur edir". Bu fikirləri Olaylar.az-a siyasi ekspert Zeynal Əmrəliyev deyib. O bildirib ki, Ermənistanın xarici siyasəti ermənilər tərəfindən müəyyən edilmir: "Hakimiyyətə kimin gəlməsinin heç bir əhəmiyyəti yoxdur. Ermənistan müstəqil dövlət olmadığı, başqasının boyunduruğu olduğu üçün onun tarixi boyu xarici siyasəti eyni olub. Başqasının qılığına girib, sora onu arxadan vurmaq. Zareh Siranyanın Paşinyan tərəfindən diaspora üzrə müvvəkkil təyin edilməsinin güclü nəticəsi olmayacaq. Siranyan müvəkkil təyin edilməmişdən əvvəl də fəal diaspora fəaliyyəti ilə məşğul idi. Paşinyanın ona vəzifə verməsi sadəcə ABŞ-dakı əlaqələrindən istifadə edib özünə hami tapmaqdır. Siranyanın missiyası yeni vəzifədə bu olacaq, diasporanı gücləndirmək yox . Paşinyan qərbə yaxın omaq üçün dəridən-qabıqdan çıxır. Yeni təyinatda məhz buna xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31