Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addımlar var

"Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin Vaşinqton görüşündən sonra cəbhədə yaranan nisbi sakitlik ABŞ-ın münaqişənin həllinə müsbət töhvələr verəcəyi ilə bağlı müsbət ümidlər yaradır. Vaşinqton görüşünün ardından Rusiyanın "Vladtime" saytının təxribat xarakterli "Qarabağda müharibəyə hazırlıq gedir" iddiası münaqişənin uzanmasının əsas səbəblərindən birinin də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri arasında məqsədyönümlü uzlaşmanın olmadığını göstərir. Həmsədr ölkələri əsas maraqlandıran Cənubi Qafqaz regionunda daha çox söz sahibi olmaqdır. Bu vəziyyət artıq rəqabət həddinə çatıb və belə olduğu təqdirdə münaqişənin qısa zaman ərzində həllini gözləmək çox çətindir". Bu fikirləri Olaylar.az-a siyasi ekpert Kənan Paşayev deyib. O bildirib ki, ABŞ və Rusiya arasında Cənubi Qafqazdakı hegemonluq uğrunda gedən rəqabətə baxmayaraq, üçüncü həmsədr ölkə Fransa Dağlıq Qarabağla bağlı müsbət addımlar atır: "Son 1 ay ərzində Fransanın iki şəhəri Qondarma Dağlıq Qarabağ Respublikasının iki şəhəri ilə arasında olan dostluq xartiyasını ləğv edib.Yəni bir növ onları tanımaqdan imtina edib. Bu, hər zaman ermənipərəst mövqeyi ilə seçilən Fransa tərəfindən atılmış sevindirici addımdır. Son olaraq azərbaycanlı əsirlə erməni əsirin dəyişdirilməsini Azərbaycan və Ermənistan arasında gedən danışıqların müsbət nəticəsi kimi qiymətləndirmək olar"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31