Rusiya “tragediya”, ABŞ “yeni səhifə” dedi
6 Mart 2013 15:49 SiyasətVenesuela Prezidenti Uqo Çavesin ölümündən sonra ABŞ və Rusiyadan maraqlı açıqlamalar verilib. Türkiyə mətbuatının məlumatına görə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Çavesin ölümünü faciə adlandıraraq bildirib ki, Çaves təkcə Venesuelanın yox, bütün Latın Amerikasının simvol şəxsiyyətdir: "Rusiya və Venesuelanın münasibətlərinin iunkişafında xüsusi əməyi olan Uqo Çavesin vəfatı əsl faciədir". ABŞ Prezidenti isə Çavesin ölümünü "Venesuela tarixində yeni açılmış səhifə" adlandıraraq bildirib, Çaves vəfat etdikdən sonra ABŞ hər zaman Venesuelanın yanında olacaq: "Venesuela hökumətilə diplomatik əlaqələr qurmaqda maraqlıyıq. Venesuela tarixində yeni demokratiya səhifəsi açılır". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00