Kreml narahatdır, sosial partlayış Rusiya və ordusunu çökdürür - AÇIQLAMA
Yaşar Cəfərli: “Rusiyada hərbiyə çağırışla əlaqədar ciddi problemlər var və hakimiyyət ordunu komplektləşdirə bilmir”
6 Mart 2013 14:46 Siyasət2012-ci ildə Rusiya ordusunda əsgər sayı 1 milyondan 800 min nəfərə qədər azalıb. Kreml rəsmisi Sergey İvanov orduda baş verən azalmanı Rusiya hərbiyyəsinin təhlükəli tendensiyası kimi dəyərləndirib. 2008-ci ildə Rusiya ordusunda əsgər sayı 1,2 milyon nəfər olub. Məsələyə münasibət bildirən Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərlinin sözlərinə görə rus ordusunda əsgərlərinin sayının azalmasında əsas amillərdən biri maliyyə problemlərinin azlığı səbəbindən ordunun lazım olan avadanlıqlarla təchiz edilə bilməməsidir: "Qəbələ RLS-in bağlanması da ona bir işarədir. Kreml çalışır ki, maliyyə böhranına görə hərbi xərcləri azaltsın. Hər ayrılan maliyyəni daha effektiv istifadə etsin. Hakimiyyət daha az sayda əsgərlə keyfiyyətli ordu qurmağa çalışır. Rusiyanın qəbul etdiyi hərbi konsepsiyada bu amil nəzərdə tutulur. Həmçinin Rusiyada hərbiyə çağırışla əlaqədar ciddi problemlər var, digər tərəfdən hakimiyyət ordunu kifayət qədər komplektləşdirə bilmir. Sosial problemlərin həlli ilə bağlı dövlət tamamilə yüklənib. Bunun qarşısını almaq üçün orduda əsgərlərin sayı azaldılır" ("OLAYLAR" İA)