Dağlıq Qarabağ münaqişəsi və erməni terroru

1988-ci ildən Azərbaycan mənfur qonşumuz olan Ermənistanın işğalçı siyasətinə məruz qalıb. Həmin vaxtdan ermənilərin azərbaycanlıları yurd-yuvalarından, qədim Azərbaycan torpaqlarından departasiyasından sonra harınlamış erməni quldurları Azərbaycanın əbədi və əzəli torpaqları olan Dağlıq Qarabağa da tamah saldılar. Rusiyanın müstəmləkəsi olan və bu günə qədər də bu ölkənin himayəsindən sui-istifadə edən azğın Ermənistan Azərbaycan torpaqlarını işğal etməyə başladılar. Tarixən yurd-yuvasız olan ermənilər qədim zamanlardan Çar Rusiyasının himayəsi altında bir çox ölkələrin ərazisini zəbt etməyə çalışıb, işğalçılıqla dövlət yaramağa cəhd edib. Vaxtilə çirkin niyyətlərinə görə Türkiyə, İran, Suriya və digər ölkələrin ərazisindən qovulan ermənilər sonda özlərini "yazıq və məzlum" xalq adlandırmaqla Azərbaycan da sığınıb. Çar Rusiyasının planlı siyasəti ilə ermənilər Azərbaycan torpaqlarına köçürülməyə başlayıb. Pərakəndə və tərəkəmə olan ermənilər bir müddət Azərbaycan ərazisində yaşadıqdan sonra yaşadıqları əraziləri özününküləşdirmək siyasətinə əl atıb. Və planlı şəkildə ermənilər həmin ərazilərin erməni adları ilə tanınmasına çalışıb.

Erməni terroruna şərait yaradan müqavilə

Ermənilərin Azərbaycan ərazisinə məqsədli köçürülməsi, Azərbaycan ərazisinin parçalanması birbaşa "Türkmənçay müqaviləsi"ndən başlanır. Bu sənədin əsas məqsədlərindən biri birbaşa Azərbaycan ərazisinin bölünməsinə hesablanmış bir addım olub. 1828-ci il fevralın 10-da imzalanmış "Türkmənçay müqaviləsi"nin XV maddəsi birbaşa ermənilərin köçürülməsini nəzərdə tuturdu. Müqavilədən sonra ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan və Naxçıvanda köçürmə komitələri yaradılıb, erməni köçkünlərə mühüm imtiyazlar verilib. Onlar 6 il müddətində vergi və mükəlləfiyyətlərdən azad edilib, onlara İrandan alınan təzminat hesabına vəsait verilib. Müəyyən hazırlıq tədbirləri həyata keçirildikdən sonra köçürmə başlanıb və İrandan köçürülən ermənilərin sayı 40-50 min nəfər təşkil edib. 1828-1829-cu il Rus-Türk müharibəsinin gedişində və müharibədən sonra Türkiyədən də 90 min erməni köçürülüb. İran, Türkiyə və digər Şərq ölkələrində ermənilərin Rusiyaya köçürülməsi bütün sonrakı dövr ərzində davam etdirilib. Köçürmənin əsas istiqaməti Zaqafqaziya idi.
Bəli, rusların köməyi və parçalama siyasəti ilə Azərbaycan ərazisinə köçürülən ermənilər burada tədricən məskunlaşmış, erməni məhəllələri yaratmaqla azərbaycanlıları həmin ərazilərdən sıxışdırıb çıxarmağa başlayıb. Həmin vaxt ermənilərin birbaşa himayəçisi olan Rusiya da onlara dəstək verərək azərbaycanlıların sıxışdırılmasını dəstəkləyib. Nəticədə qədim Azərbaycan torpaqlarında yerləşdirilən ermənilər Ermənistan dövlətini yaratmağa başlayıb.
Artıq bütün çirkin niyyətləri həyata keçən ermənilər sonradan Azərbaycan ərazilərini özününküləşdirməyə, Qərbi Azərbaycan ərazilərini erməni əraziləri kimi tanıtdırmağa başladılar. Və sonda onlar Rusiya tərəfindən yaradılan və Ermənistan adlandırılan ərazilərdən azərbaycanlıları, türkləri sıxışdırıb çıxarmağa başladılar. 1988-ci ildə ermənilər Rusiyanın köməyi ilə Qərbi Azərbaycan torpaqlarındakı azərbaycanlıları və türkləri deportasiya etməyə qərar verdilər. Qərbi azərbaycanlılara qarşı xüsusi amansızlıq törədən ermənilər rus ordusunun köməyi ilə onları doğma yurd-yuvalarından qovub ərazini tam özününküləşdirdi. Qərbi Azərbaycanı zəbt edən erməni quldurları bundan sonra Azərbaycanın Dağlıq Qarabağ ərazisini işğal etmək planını çızdı və Rusiyanın köməyi ilə bu ərazilərə basqınlar etdilər. Həmin vaxt Azərbaycan rəhbərliyinin səriştəsiz fəaliyyətindən yararlanan ruslar ermənilərə daha da güclü dəstək verməklə Dağlıq Qarabağın ərazisində amansızlıqlar törətməyə, əliyalın, dinc sakinlərə silahlı hücumlar etməyə başladılar. Nəticədə Azərbaycanın 20 faiz ərazisi, Dağlıq Qarabağ işğal olundu.
Ermənilərin Azərbaycan ərazisində törətdikləri saysız-hesabsız terror, dəhşətli faciələr bu gün bütün dünyanın gözü qarşısında baş verib və bu inkaredilməz faktlardır. Kəlbəcər, Şuşa, Laçın, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan və Ağdamın işğalı zamanı yüzlərlə günahsız insanlar qətlə yetirilib, yüzlərlə insan əsir götürülüb, yüzlərlə insan isə hələ də itkindir.

Xocalı dəhşəti, əsl erməni sifəti

Ermənilərin törətdikləri ən dəhşətli vandalizm, vəhşət isə Xocalı faciəsidir. Bu gün bütün dünya Xocalı faciəsi barədə məlumatlıdır. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli faciədir. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid verib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vuruldu.

Erməni yalanları tükənib

Bəli, ermənilərin bu vəhşiliyi bir müddət erməni diasporu tərəfindən yorulmaz yalanları ilə təkzib edilməyə cəhd olunsa da, sonda fakt dünya ictimaiyyətini susmağa vadar etdi. İndi faktlar artıq Fransa, İran və digər ermənipərəst ölkələr tərəfindən də etiraf edilir. Azərbaycanın siyasi rəhbərliyinin səyi nəticəsində Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini əksər beynəlxalq təşkilatlar da kəskin pisləyir, dünyanın əksər ölkəsi Ermənistanı işğalçı dövlət kimi tanıyır. Bu gün artıq Azərbaycan dövləti tarixi faktları dünya ictimaiyyətinə çatdırır, erməni vəhşiliyini konkret faktlarla sübut ediir. Nəinki ermənilər, hətta bütün dünya bilir ki, Azərbaycan hər an öz torpaqlarını işğaldan azad etməyə qadirdir və müharibə başlanacağı təqdirdə Azərbaycan qısa müddətdə işğal altındakı ərazilərini azad edəcək. Lakin, beynəlxalq təşkilatlar Azərbaycanın bu işi qan tökməklə etməsini istəmir. Sülməramlı təşkilatlar bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və torpaqların müharibəsiz qaytarılmasını istəyir. Həmişə olduğu kimi Azərbaycan bu dəfə də bu prinsiplərə əməl edir və qarşı tərəfin konstruktiv mövqe nümayiş etdirməsi üçün vaxt verib. Amma, təəssüflər olsun ki daim terrorun, faşistliyin tərəfdarı olan, dövlət büdcəsini 50 faizinin terrorçuluqdan gələn vəsaitlə dolduran Ermənistan hələ də mənfur niyyətindən əl çəkmir, Azərbaycanı terrora, təxribata sürükləməyə cəhd göstərir. Rusiya kimi himayədarına arxalanan ermənilər qeyri-konstruktiv mövqe nümayiş etdirməklə hələ də beynəlxalq hüquq normalarını kobud pozmaqda davam edir, sülh anlayışını anlamadan əhalisini qırğına verməyə cəhd edir, Ermənistanın gələcək taleyini sual altında qoyur. Bu gün ermənilər Birləşmiş Millətlər Təşkilatının işğal altındakı torpaqların qeyd-.şərtsiz azad edilməsi barədə çıxardığı 4 qətnaməni icra etməkdən yayınır, bu qətnamələri saymır və son ümidini ruslara bağlayır.

Minsk Qrupu münaqişəni həll etmək əvəzinə uzadır

Münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri dəı ortaya atılıb və onlar münaqişənin həllinə çalışdıqlarını deyirlər. Amma, əslində, bu qrup da ermənipərəst mövqedən çıxış edərək münaqişənin həllini yubatmaqla məşğuldur. Rusiyanın sifarişi ilə ortaya atılan qrup sanki Ermənistanın mövqeyini müdafiə edir, hər dəfə münaqişə bölgəsinə səfər edərək sayaqlama bəyanatlar verir. Hər dəfə münaqişə bölgəsində tərəflərlə danışıqlar aparan Minsk Qrupu "münaqişənin həllinin uzanmasından təəssüf hissi doğururuq" deməklə özlərini sudan quru çıxarır. Münaqişənin uzanma səbəbinin nədən ibarət olduğunu isə nə demirlər, nə də araşdırmırlar. Ermənilər açıq-aşkar etiraf edirlər ki, onlar Azərbaycan torpaqlarını işğaldan azad etmək fikirlərində deyil. Amma, müharibə də istəmirlər. Onların çaldıqları hava ilə oynayan Minsk Qrupunun həmsədrləri də onlara heç bir təzyiq etmir, münaqişənin həllinin onların istədikləri qədər uzanmasına şərait yaradır. Amma, nə vaxta qədər?
Ermənilər dalana dirənib
Ermənilər özləri də çöx gözəl bilirlər ki, bu gün onların Azərbaycanla müharibə aparmağa nə gücü, nə də texnikası var. Azərbaycanın iki iri şəhərinin büdcəsi qədər dövlət büdcəsi olan Ermənistan bu gün Rusiyadan sapdan asılmış vəziyyətdə yapışıb. Ermənistan bilir ki, Azərbaycan terrorçu dövlət deyil və onun təxribatlarına uymur. Elə Ermənistan rəhbərliyi də bundan və himayədarı Rusiyadan istifadə etməklə hələ ki münaqişənin həllindən yayınır.
Amma, Ermənistan da, onun himayədarı olan Rusiya da çox gözəl bilir ki, Azərbaycanın səbr kasası dolan vaxt olacaq. Bütün beynəlxalq hüquq və beynəlxalq humanizm prinsiplərinə əməl edən, dünyada siyasi iradə nümayiş etdirən, öz tolerantlığı ilə öndə gedən Azərbaycan sonda torpaqlarını hər vasitəyə əl atmaqla işğaldan azad edəcək. Bunun üçünsə tək bir yol qalır. Ermənistan münaqişənin həllindən boyun qaçırsa, Azərbaycan sonda müharibə vasitəsinə qərar verəcək. Və bu Azərbaycana sərf edəcək, Amma Ermənistana yox.

Samir Güləliyev
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00