KXCP yerlərdə seçki hazırlığına diqqəti artırır
6 Mart 2013 14:11 SiyasətKlassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Partiya Fransa parlamentində baş verən zorakılığı pisləyib, parlamentdə fiziki və mənəvi ziyan çəkmiş soydaşlarımıza qarşı hərəkəti demokratiya, insan haqlarına qarşı kobud, rüsvayçı, barbar və bağışlanmaz hərəkət hesab edib. Toplantıda seçkilərə hazırlığın vəziyyətinə həsr olunmuş KXCP rayon/şəhər şöbələri məclislərinin keçirilməsi haqda qərar qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00