Müxalifət vahid namizəd məsələsindən gündəmdə qalmaq üçün istifadə edir

Mirzə Sakit: “Vahid namizəd məsələsi digər tərəfdən müxalifətin gündəmdə qalması üçün əhəmiyyətli amillərdən biridir”

Seçkilərə uzun müddət qalmasına baxmayaraq müxalifət vahid namizəd məsələsini həll etməkdə o qədər də maraqlı görünmür. Bəzi müxalif dairələr isə hesab edirlər ki, müxalifətin seçkilərə vahid namizədlə qatılmayacağı təqdirdə bu müxaliflərin ən ciddi uğursuzluğu olacaq. Məsələyə münasibət bildirən satirik şair Mirzə Sakitin sözlərinə görə müxalifət seçkidə vahid namizədlə iştirak etsə belə müəyyən səbəblərə görə "uduzacağını" çox gözəl başa düşür: "Vahid namizəd məsələsi digər tərəfdən müxalifətin gündəmdə qalması üçün əhəmiyyətli amillərdən biridir. Müxalifət bilir ki, boykot qərarı da hakimiyyət üçün o qədər də narahatedici deyil. Çünki, onsuz da seçkilərdə hakimiyyətə alternativ namizədlər olacaq. Müxalifətin sanballı konsepsiyası olmadığına görə ortada bəzi tərəddüdlər var" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00