Müxalifət Ərəstun Oruclunun namizəd olmasından narahatdır - AÇIQLAMA

Razi Nurullayev: “AXCP üçün o qədər də maraqlı deyil ki, seçkilərdə kim iştirak edəcək, kim etməyəcək”

Politoloq Ərəstun Oruclunun bu keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürməyə hazırlaşması bəzi müxalifət nümayəndələrini narahat etməyə bilməz. Siyasi analitiklər hesab edirlər ki, Ərəstun Oruclu bəzi müxalifət liderlərindən fərqli olaraq müxalifyönlü gənclər arasında kifayət qədər nüfuza malikdir. Məsələyə münasibət bildirən AXCP sədrinin Beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayevin sözlərinə görə AXCP-ın seçkilərdə iştirak etmək barədə qəti qərarı yoxdur: "Amma seçki hazırlıqları davam edir. Ona görə də hələlik bu tip məsələlərə o qədər də diqqət ayırmır. Partiya ancaq, seçkilərin azad və demokratik keçirilməsi üçün çalışır. AXCP üçün o qədər də maraqlı deyil ki, seçkilərdə kim iştirak edəcək, kim etməyəcək. Hər bir şəxsin öz şəxsi qərarıdır ki, seçkilərdə iştirak etsin. Hələlik vaxtın çoxluğunu nəzərə alaraq AXCP bu tip məsələlərə münasibət bildirmir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00