Mixail Saakaşvili İvanişviliyə güzəşt etməyəcək - ŞƏRH

Zəlimxan Məmmədli: “Saakaşvili və İvanişvilinin razılaşma imkanları olduqca məhduddur”

Gürcüstanın Baş naziri Bidzina İvanişvili prezidentin səlahiyyətlərini məhdudlaşdıracaq Konstitusiya düzəlişlərinə dair səsvermədə 140 səs toplayacağını bildirib. "Biz mütləq çoxluq əldə edəcəyik, 100-dən də çox səs toplayacağıq - 120, 130 və hətta 140 səs toplayacağıq. Bu mənim mövqemdir". İvanişvili mətbuata açıqlamasında belə deyib. Məsələyə münasibət bildirən Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin sözlərinə görə İvanişvilinin öz blokundan olan deputatların sayı kifayət qədər deyil: "Bu mənada İvanişvilinin parlamentdə səs çoxluğunu qazanacağı inandırıcı deyil. Bu proseslərin sonucu Prezident Mixail Saakaşvili ilə razılaşmadan keçən bir məsələdir. Razılığa gələcəyi təqdirdə İvanişvili dediyi kimi 140 səsi rahatlıqla toplayacaq. Amma Saakaşvili həmin islahat modelinə razılıq verməlidir. Mövcud vəziyyət isə onu göstərir ki, Saakaşvili ilə İvanişvilinin razılaşmaq imkanları məhuddur. Ola bilsin ki, İvanişvili digər deputatları da müəyyən yollarla razılığı gətirib və buna görə özündənrazı danışır. Lakin, bu amil o qədər də inandırıcı deyil. Saakaşvilinin Milli Hərəkat Bloku İvanişvilinin qərarlarına getməyəcək" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00