Yunansıtan Türkiyəyə baş əydi - FİKİR

Cümşüd Nuriyev: “Rəsmi Afina Ankaranın hesabına Yunanıstandakı işsizliyi konpensasiya etməyə çalışacaq”

Yunanıstanın Baş naziri Antonis Samaras Türkiyəyə səfər edib.  Səfər çərçivəsində iki ölkənin baş nazirləri hər iki ölkənin terrorizmlə birgə mübarizə aparacağı, viza rejimin ləğv edilməsi, ikitərəfli silahların azaldılması barədə müzakirələr aparıblar. Samaras Kipr və Yunanıstanın Türkiyəni Aİ-yə üzv olmasını dəstəklədiklərini bildirib. İki ölkə arasında çoxlu sayda sənədlər imzalanıb. "Türkiyə qonşu ölkələrlə münasibətləri normal məcraya yönəltməyə çalışır. Onların içərisində Ermənistanda da var. Türkiyə hələlik Ermənistanla münasibətləri asqıya alır. Uzun müddətdir ki, Türkiyə-Yunanıstan münasibətləri soyuq istiqamətdə davam edir. Bu baxımdan da hər iki dövlət biri-birini yaxşı tanıyır" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə, Türkiyə hakimiyyətinin ən ağıllı siyasətindən biri indiki məqamda Yunanıstanla münasibətləri normallaşdırmağa səy göstərməsidir: "Yunanıstana isə bu ona görə lazımdır ki, bu ölkədə iqtisadi tənəzzül  və bu böhranın durmadan dərinləşməsi var. Türkiyə isə iqtisadi cəhətdən özünü qorumağı bacaran bir dövlətdir. Dünyanın tikinti sənayesinin 6%, tekstil sənayesinin 6%-nə Türkiyə nəzarət edir. Turizm sahəsindəki xidmətlərinə görə dünya ölkələri arasında ilk beşlikdədir. Yunanıstan bu məsələrdən də Türkiyə vasitəsilə yararlana bilər. Rəsmi Afina həmçinin Avropada söz sahiblərindən biridir. Lobbi fəalaiyyətlərinə görə yunanlar yəhudi və ermənilərdən sonra dünyada üçüncü yeri tuturlar. Türkiyə isə bundan istifadə etməyə çalışır. Türkiyə həmçinin Aİ-yə üzv olmağa can atır və Yunanıstan isə özünü dünyaya sivil dövlət kimi təqdim etməyə çalışır. Sivil dövlətdir, amma bunu qəbul etməyən dövlətlərdə çoxdur, əsasən də Türkiyə. Həmçinin də hər iki dövlət keçmiş uğursuzluqları aradan qaldırmaq istəyir. Türkiyə həmçinin iqtisadi böhranın dərinləşməsinə görə Yunanıstana kömək etməklə münasibətləri tamamilə başqa müstəviyə keçirəcək. Yunanıstanın Türkiyənin köməyinə ehtiyacı var. Türkiyənin hesabına Yunanıstandakı işsizlər ordusunu konpensasiya etmək olar". ("OLAYLAR" İA)   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00