İran: Molla rejimindən sonra və “Yeni İran”
5 Mart 2013 14:31 Siyasətİran 75 milyon insanı əsarətdə saxlayan, millətlərin haqlarını tapdalayan və dünyanın təhlükəsizliyini təhdid edən ölkədir.
Dünyanı terror kabusları ilə qorxudan bu rejimin İranda və dünyada baş veren dəyişikliklərin qarşısında yaşaması mümkün deyil və bu rejim süqut edəcək. Sonucda yeni siyasi mənzərə yaranacaq.
Molla rejimi çökdükdən sonra İranın siyasi mənzərəsinin necə olması ilə bağlı Azərbaycan ictimai fikrində müxtəlif yanaşmalar var. "Güney Azərbaycan istiqlaliyyet qazanmalı" və "Azərbaycanın Qüzey ile birləşməlidir" fikirləri ilə yanaşı İranda mədəni muxtariyyət istəyənlər və federativ İran arzusunda bulunanlar da az deyil. Amma bu qüvvəllərdən əksəriyyətinin Güney Azərbaycanın haradan başlayıb haradan qurtarması haqda yetkin fikri yoxdur. Varsa da, bu fikirlər mövcud reallıqları əks etdirmir. Xüsusile Güney Azərbaycanın Güney ve Quzey doğu sınırları helede mübahisə doğurur. Bəzi şəxslər Güney Azərbaycanın Güney sınırlarının Təbrizə qədər, bəziləri Həmədana qədər olduğunu deyirlər.
Bu prosesin iştirakçısı olduğumuz və bu prosesi davamlı izlədiyimiz üçün Bütöv Azərbaycan ideyasının müəllifi Elçibəyin fikirlərinə dayanaraq öz düşüncələrimiz var ki sizlərlə bölüşməyi vacib bilirik. İranın demoqrafik xəritəsinə nəzər saldıqda İranda olan Qərbi Azərbaycan Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan və s. əyalətləri ilə yanaşı Tehran, Şiraz , İsfahan hətta Qum əyalətlərində yaşayan Azərbaycan türkləri əhalinin yarıdan çoxunu təşkil etdiyini, eyni zamanda daha güneyə doğru getdikcə 4 milyona yaxın Qaşqay türklərinin, doğuya doğru getdikcə Xorasan türklərinin ve türkmənlerin eksəriyyət olduğu əyalətləri görürük.
75 milyonluq İranın 38 milyona yaxını Azərbaycan türkləridir. Amma Qaşqay türkləri, Xorasan türkləri və türkmənləri də nəzərə alsaq, İranın 75 milyonluq əhalisinin 44 milyon türkdür.
Fikrimizcə, Tehran rejimi yıxıldıqdan sonra insan haqlarına söykənən demokratik mühit yaradılmalı və Güney Azərbaycanla yanaşı digər əyalətə öz talelərini həll etmək hüququ verilməlidi. Belə olduqda Qaşqay türklərinin, Xorasan türklərinin və türkmənlərin də əyalətlərində qurulan subyektlər Mərkəzi Təbriz olan Azərbaycan dövlətinə meyllənəcək.
Sonucda İran adlanan ölkədə mərkəzi Təbriz olan, Güney Azərbaycan və onun çevrəsində olan Federal Azərbaycan Dövləti (FAD)ilə yanaşı Farsistan və Bəlucistan Dövlətləri yaranır.
İran coğrafiyasında demokratik sistemin qurulması başa çatdıqdan sonra Turkiyə Cümhuriyyəti, Azərbaycan Respublikası, Federal Azərbaycan Dövlətinin (FAD) birləşdiyi Azərbaycan Turkiyə Alyansı (ATA) ( konfederasiya) qurulur. Bu birliklə yanaşı regionda yeni "Demokratik Dövlətler Bloku"(DDB) yarana bilər. Bu birliyə Azerbaycan Türkiye Alyansı (ATA), İraq, Əfqanıstan, Pakistan, Gürcüstan, Farsistan, Bəlucistan, Suriya ve s. ölkələri tərkibində birləşir. Bu həm də uzun illərdən bu yana müharibe, terror, narkotik ticarəti zonası kimi tanınmış bölgəni regional əməkdaşlığa söykənən davamlı sülh zonasına çevirə bilər .
Bu regional əməkdaşlığın məntiqi nəticesi kimi sozügedən dövlətlərdən ibarət azadlıq, demokratiya, bazar iqtisadiyyatı prinsiplərine söykənən regional təşkilatlar da yarana bilər ki, bu da demokratiya, azadlıq dəyərlərinin müsəlman və şərq dunyasına doğru yayılmasının yeni dalğasıkimi baxıla bilər.
Yaranmış regional qurum həm də Avropa Birliyi(AB) kimi qurumların şərqə doğru genişlənməsinin bir nüansı kimi də nəzərdən keçirilə bilər.
Həm də ATA daxilində Azərbaycan Respublikası ilə Federal Azərbaycan Dövləti inteqrasiya edərək tarixi ədalətsizliyə son qoyur və bütöv Azərbaycan dövləti olan Birləşmiş Azərbaycan Yurdları (BAY) qurulmuş olur.
P.S.
Demokratik Dövlətlər Blokuna(DDB) sonrakı mərhələrdə demokratikləşən Orta Asiya dövlətlərinin də qatılması məqsədəuyğun sayılır.