Müxalifətin yeni konfiqurasiyası yarana bilər - AÇIQLAMA
5 Mart 2013 13:41 Siyasət"Bu gün olkədə elə bir vəziyyət hökm sürür ki, mövcud situasiyadan çıxmaq üçün müxalifət birləşməyə, yaxud birgə əməkdaşlıq etməyə məhkumdur. Başqa alternativ yol görünmür". "OLAYLAR"-un xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu deyib ki, hazırda İctimai Palata, Ziyalılar Forumu və Demokratik Qüvvələrin Məşvərət Məclisinin birgə fəaliyyət göstərmək şansları var: "Ümumiyyətlə, prezident seçkilərinə qədər həm beynəlxalq aləmdə və regionda, həm ölkədə, həm də müxalifət düşərgəsində çox şeylər dəyişə bilər.Ola bilər ki, müxalifətin tamam fərqli konfiqurasiyası yaransın. Həmçinin yeni birliklərin və blokların yaranma ehtimalı da var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00