Ankara-Afina münasibətləri Kipr probleminə necə təsir göstərəcək?

Bu günlərdə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla onun yunan həmkarı Antonis Samaras arasında keçirilən görüş və iki ölkə arasında iqtisadi sahədə 25-ə yaxın sənədin imzalanması tərəflərin yaxın vaxtlarda siyasi məsılədə, xüsusilə Kipr probleminin həllində də irəliyə doğru addım atacaqları fikrini formalaşdırıb  Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Türkiyə ilə Yunanıstan arasındakı əlaqələrin genilşlənməsinin, Ankara ilə Afina arasında ticarət mübadiləsinin artmasının Kipr probleminin həllinə müsbət təsir göstərəcəyi o qədər də inandrıcı görünmür. "OLAYLAR"-a verdiyi açıqlamada politoloq deyib ki, həm Ankara, həm də Afina münasibətləri inkişaf etdirərkən Kipr probleminin bundan kənarda qalacağına faktiki razılaşıblar: "Əgər bunun əksi olsaydı, yəni Türkiyə ilə Yunanıstan arasındakı münasibətlər Kipr probleminin həllindən asılı vəziyyətə salınsaydı, onda iki ölkə arasındakı münasibətlərdə bu gün heç bir inkişaf olmayacaqdı. Buna görə də Kipr problemi dərin məsələ olduğundan Ankara ilə Afina bu məsələni müzakirə etmirlər". Elxan Şahinoğlu onu da vurğulayıb ki,  Kipr probleminin həlli BMT-nin fəaliyyət dairəsində olduğundan Türkiyənin özü belə sözügedən problemlə bağlı yeni təklif verə bilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00