Avstriya parlamentinin vitse-spikeri Azərbaycana səfərə gəlir
5 Mart 2013 13:14 SiyasətAvstriya parlamentinin vitse-spikeri Frid Noqebau sabah Azərbaycana səfərə gəlir.
Trend-in məlumatına görə, Frid Noqebaunun Azərbaycana səfəri martın 6-da Fəxri xiyaban və Şəhidlər xiyabanına ziyarətlə başlayacaq.
Səfər çərçivəsində Avstriya parlamentinin vitse-spikeri Milli Məclisdə iki ölkənin parlamentlərarası əlaqələrini müzakirə edəcək.
Həmçinin, Frid Noqebaunun Azərbaycanda digər yüksəksəviyyəli görüşlər keçirəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00