Seymur Orucov: “Cənab prezidentin bu addımı ölkədə gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir”

"Cənab prezidentin bu addımı ölkədə gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir". Bu sözləri açıqlamasında "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi ilə bağlı sərəncamına münasibət bildirərkən deyib. Sərəncamı gənclərə göstərilən etimadın nümunəsi kimi qiymətləndirən sədr bildirib ki, Azərbaycan gənclər siyasəti ilə dünya ölkələri arasında xüsusi fərqlənir: "Bu gün Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvləri seçilib. Sərəncamda bir sıra dövlət orqanlarından və gənclər təşkilatlarından olan nümayəndələrin adları qeyd edilib. İlk olaraq qeyd edim ki, dövlət başçısının bu addımı gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Biz təşkilatımız adından Cənab Prezident İlham Əliyevə öz minnətdarlığımızı bildiririk. Bu gün biz bir sıra sahələrdə həmin fəaliyyətin, gənclərə ayrılan diqqətin bəhrəsini və uğurlu nəticələrini görürük. Azərbaycan Prezidenti yanında Gənclər Fondunun təşkil edilməsi ölkəmizdə gənclərlə bağlı bir sıra sahələrdə önəmli rol oynayacaq. Belə ki, gənclərlə bağlı Qeyri Hökumət Təşkilatlarının fəaliyyətlərinin artırılması, yeni layihələrin həyata keçirilməsində fondun müstəsna rolu olacaq. Biz də Müşahidə Şurasının üzvləri olaraq gənclərlə bağlı həyata keçiriləcək bütün layihələrdə onlara yaxından dəstək olacaq, onların uğurları üçün əlimizdən gələni edəcəyik. Biz çalışacağıq ki, bütün dünya ölkələri və beynəlxalq aləmdə olan gənclər təşkilatları bizim fəaliyyətimizi nümunə götürsünlər. Bütün bunlarla yanaşı, bir daha Cənab Prezidentə bizlərə göstərdiyi etimad üçün minnətdarlığımızı bildirir və bu etimadı ən yüksək səviyyədə doğruldacağımıza söz veririk".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00