Müxalifət xalqa, dövlətə qarşı zidd mövqedə dayanır - FİKİR

Jalə Əliyeva : “Barışmaz mövqedə dayananlar növbəti dəfə iflasa məhkumdurlar”

"Azərbaycan xalqı bu gün müxalifətə, əsasən də onun radikal, qeyri-konstruktiv kəsiminə inanmır, etibar etmir, öz dəstəyini vermir". Bunu deyən millət vəkili Jalə Əliyevanın sözlərinə görə, bütün normal, demokratik cəmiyyətlərdə müxalifət olmalıdır və bu baxımdan, hüquqi, demokratik cəmiyyət, inkişaf yolunda inamla addımlayan Azərbaycanda da müxalifətin fəaliyyəti üçün hər cür imkan, şərait təmin edilib, yaradılıb: "Amma təəssüflər olsun ki, müxalifət, xüsusilə, radikallar, barışmaz mövqedə dayananlar onlar üçün yaradılmış bu şərait və imkandan sui-istifadə edərək, ölkə hakimiyyətinə, bütövlükdə Azərbaycan dövlətinə və xalqına qarşı zidd mövqedə mövqedə dayanırlar. Bu isə heç şübhəsiz  insanlarımızda, vətəndaşlarımızda müxalifətə, radikallara qarşı etiraz, qəzəb, mənfi münasibət yaradır. İnsanlarımız, vətəndaşlarımız bu cür haqsızlıqları, ədalətsizlikləri birmənalı olaraq, qəbul etmir və müxalifətin radikal kəsiminə qarşı növbəti dəfə etimadsızlıq nümayiş etdirirlər". Millət vəkilinin eyni zamanda qeyd etdiyinə görə, qarşıdan növbəti seçkilər gəlir və müdrik Azərbaycan xalqı  hər zaman olduğu kimi, bu dəfə də seçimini düzgün edəcək,  həmçinin, bu seçimində də yanılmayacaq: "Xalqımız 2003 və 2008-ci il prezident seçkilərində seçimini etdi və həyat da onun öz seçimində yanılmadığını göstərdi. Dövlət başçısı İlham Əliyev Prezident seçildiyi və andiçmə mərasimində vəd verdiyi gündən bütün Azərbaycan vətəndaşlarının Prezidentinə, himayəçisinə çevrildi. Onun Azərbaycana rəhbərlik etdiyi 9 ildən artıq bir dövr ərzində ölkəmiz dinamik və sürətli inkişafa nail oldu, nəinki regionun, bütövlükdə dünyanın əsas söz sahiblərindən biri kimi özünü təsdiqlədi". ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00