"Ermənistanda böhran bütün sahələri əhatə edir" - Mübariz Qurbanlı
“Saxtalaşdırılma böhranı daha da dərinləşdirir”
4 Mart 2013 18:04 Siyasət"Ermənistanda böhran bütün sahələri əhatə edir. Prezident seçkilərinin saxtalaşdırılması bu böhranı daha da dərinləşdirir". Bu fikirləri YAP icra katibinin müavini, Milli Məclisin üzvü Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, işğalçı dövlətdə siyasi və sosial-iqtisadi böhran bütün cəmiyyətə sirayət edib. Onun fikrincə, belə bir şəraitdə seçkilərin saxtalaşdırılması qarşıdurmaları daha da artırıb: "Qərbyönümlü namizəd Ovanesyan iddia edir ki, seçkidə qələbə qazanıb. Amma göründüyü kimi xaricdə bəzi dairələr Sarkisaynı müdafiə edirlər. Təbriklərin arxasında da onun hakimiyyətdə qalmasına dəstək amili dayanır. Həmçinin, böyük dövlətlər Sarkisyanı təbrik edirlərsə, bu təbriklər ictimai rəydə müəyyən mənada sakitləşdirici rol oynamasına xidmət edir. Amma bütün bunlara baxmayaraq, işğalçı dövlətdə qarşıdurmanın davam etdəcəyi gözlənilir. Bu seçkilərdən sonra Sarkisyan öz yerini möhkəmləndirsə, Ermənistanda mühacirət daha da yüksələcək, narazı elektorat bu ölkəni tərk etməyə başlayacaq. Necə deyərlər, ermənilər ayaqla səs verəcəklər. Yəni, insanlar Sarkisyanın "qələbəsinə" ölkəni tərk etməklə münasibət bildirəcəklər".