İranda kütləvi edamlar gizli şəkildə həyata keçirilir - MÖVQE

Çingiz Qənizadə: “İranda bir neçə məhkumun eyni gündə insanların gözünün qarşısında asılması bu ölkədə insan azadlığının olmamasının sübutudur”

İranın Məşhəd şəhərinin Vəkilabad həbsxanasında 3000 nəfərin edam cəzasına məhkum olunması dünya mətbuatının əsas qınaq obyektinə çevrilib. Məsələnin ən pis tərəfi isə məhkumların açıq şəkildə insanların gözləri qarşısında asılmasıdır. Avropa mətbuatının iddiasına əsasən kütləvi edamlar isə gizli şəkildə həyata keçirilir və edam bitdikdən sonra cəsədlər kütləvi şəkildə dəfn edilir. Məsələyə münasibət bildirən millət vəkili Çingiz Qənizadənin sözlərinə görə İran insan haqqlarını pozan dövlətlər sırasındadır, bu ölkədə  yaşayan insanların hüquqları pozulur: "İranda bir neçə adamın eyni gündə edam edilməsi faktları var. Təbii ki, bu yolverilməzdir və bəzən də bu cür hallar nümayişkaranə baş verir. İnsan haqqlarının dəfələrlə pozulmasına görə xəbərdarlıq edilən İranda məhkumların öz hüquqlarını qorunması üçün vəkil tutmasına icazənin verilməməsi adi hala çevrilib. İran özünün daxili işləri ilə məşğul olsa bu gün dünya dövlətləri ona qarşı heç bir təzyiq vasitəsindən istifadə etməyəcək. İran isə əksər hallarda qonşu olduğu və digər dövlətlərin daxili işlərinə qarışır. İranda bir neçə məhkumun eyni gündə insanlarının gözünün qarşısında asılması bu ölkədə insan azadlığının olmamasının sübutudur və biz bunu qətiyyətlə pisləyirik". ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00