Barak Obama: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında köməyini davam etdirəcək"
4 Mart 2013 11:29 SiyasətBarak Obama Ermənistan prezidenti Serj Sarkisyanın yenidən prezident seçilməsi ilə bağlı göndərdiyi təbrik məktubunda ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında köməyini davam etdirəcəyi bildirilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ermənistan prezidentinin rəsmi saytı xəbər yayıb.
"Biz Dağlıq Qarabağ münaqəşənin nizamlanmasında səylərimizi davam etdirəcəyik. Uzunmüddətli sülh və təhlükəsizliyin təmin olunması üçün münaqişənin həll olunması istiqamətində əsaslı addımların atılması zəruridir", - məktubda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00