Nazirlikdən intihar edən əsgərlə bağlı - AÇIQLAMA
4 Mart 2013 11:27 SiyasətMüdafiə Nazirliyi Tərtər rayonu N saylı hərbi hissədə ölən əsgərlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan xəbərə görə, martın 3-də saat 21.50-də N saylı hərbi hissənin əsgəri 1993-cü təvəllüdlü Mirzəzadə Orxan Ələmxan oğlu təhlükəsizlik qaydalarını pozaraq tabeliyindəki avtomat silahdan atəş açıb, nəticədə o, aldığı güllə yarasından dünyasını dəyişib. Hadisə ilə baglı cinayət işi başlanıraraq, istintaq araşdırması aparılır.
Digər bir xəbər isə minaya düşən əsgərlə bağlıdır. Martın 3-də N saylı hərbi hissəsinin əsgəri 1993-cü il təvəllüdlü Heydərov İbrahim Rauf oğlu piyada əleyhinə minaya düşüb. Yaralı əsgər hospitala yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00