Saakaşvilinin fikirlərini ciddiyə almamaq olmaz - MÖVQE
1 Mart 2013 16:26 Siyasət"Gürcüstan prezidentinin ölkəsi və Azərbaycan barədə səsləndirdiyi fikirləri ciddiyə almamamaq mümkün deyil". Belə bir açıqlama ilə çıxış edən AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu "OLAYLAR"-a deyib ki, söhbət dövlət çevrilişindən deyil, hakimiyyətin dəyişdirilməsindən gedə bilər: "Həm cəmiyyət, həm də Azərbaycana və regiona marağı olan supergüclər yenilik və dəyişiklıklər istəyirlər. Təbii ki, hər kəs öz maraqları, təmsil etdikləri siyasi çevrələrin və güclərin mənafelərini təmin etmək şərtləri daxilində. Ona görə də prezident seçkiləri ərəfəsi gündəm çox önəmli hadisələrlə və proseslərlə zəngin olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00