Hicran Hüseynova BMT nümayəndəsi ilə görüşüb
1 Mart 2013 16:15 SiyasətAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BMT-nin Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi cənab Antonius Bruku, Rezident Nümayəndənin müavini xanım Nato Alhazişvilini qəbul edib. Komitənin məlumatına görə, görüş tanışlıq və əməkdaşlıq çərçivəsində olub. Hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda qeyd olunub ki, Azərbaycanda gender siyasətinin həyata keçirilməsi istiqamətində qazanılan uğurlar göz qabağındadır. Bildirilib ki, BMT-nin Azərbaycanda fəaliyyət göstərən bütün strukturları ilə əməkdaşlıq hər iki tərəf üçün daha da faydalı olacaq. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00