Müxalifət fəalı prezidentin addımını təqdir etdi - AÇIQLAMA

"Prezidentin məcburi köçkünlərə 14 milyon manat vəsitin ayrılması ilə bağlı sərəncamını təqdir edirəm". Belə bir açıqlama ilə çıxış edən  Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu "OLAYLAR"-a deyib ki, bu sərəncam məcburi köçkünlərin problemlərinin həllində əhəmiyyətli olacaq : "Ancaq yaxşı olardı ki, 1988-ci ildə Ermənistandan qaçqın düşən soydaşlarımız barədə də analoji addımlar atılsın. Qaçqınlar arasında da ciddi sıxıntılar çəkən, ağır durumda olan insanlar var. Onların da dövlətin qayğısına ehtiyacı var. Onların da reablitasiya olunmalarına dövlət yardım etməlidir. Bu cür dəstək qayğı və yardım müxtəlif formalarda ola bilər. Şərt deyil ki, onlara maddi vəsait verilməlidir. Bu qaçqın ailəsindən olan tələbələrin ödənişli təhsildən azad olunması, aztəminatlı qaçqın ailələrinə birdəfəlik müavinətlərin verilməsi, onların fərdi təsərrüfatla məşğul olmaları və fərdi yaşayış evlərinin tikintisi üçün güzəştli şərtlərlə kreditlərin verilməsi, bəzi kommunal xərclərə görə yaranan borların silinməsi və s. şəkildə həyata keçirilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00