Türkiyədə Rusiyanın Cənubi Qafqazda qalmasına razılıq verib - AÇIQLAMA
Cümşüd Nuriyev: “Kreml ABŞ-ın Cənubi Qaqazdan çəkilməsi əvəzində Yaxın Orta Şərq, xüsusilə Suriya maraqlarından geri addım atacaq”
1 Mart 2013 13:51 Siyasət"İrs" partiyasının lideri Raffi Ovannisyan Ermənistan İnzibati Məhkəməsində MSK əleyhinə iddia qaldırıb. İddiada Serj Sərkisyanla bağlı tələbinin MSK tərəfindən rədd edilməsi qərarının qanunsuz hesab olunmasını istəyir. Bu mənada ABŞ və Qərb hələ də Ermənistanda keçirilən seçkilərin saxtalaşdırılmasına fikir bildirmirlər. "Rusiya və ABŞ arasında artıq gizli razılaşma var. Kreml ABŞ-ın Cənubi Qafqazdan çəkilməsi əvəzində Yaxın Orta Şərq, xüsusilə Suriya maraqlarından geri addım atacaq. Artıq bu razılıq əldə olunub" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə ABŞ-ın Cənubi Qafqazdakı hərəkətləri daha çox görüntü xatirinədir: "Ona görə də Ermənistanda seçkilərin nəticələri élan olunmamış birinci Rusiya, sonra Türkiyə təbrik etdi. Türkiyənin Sərkisyanı ABŞ-ın təkidilə təbrik etməsi faktı dəqiqdir. Raffi Ovannisyan baxmayaraq ki, ABŞ-ın adamıdır, ABŞ erməniləri çox gözəl tanıyır ki, onlar satqındırlar. Amerika ermənilərin əlilə Qafqazda siyasət yürüdə bilməyəcək. Gürcüstandan sonra ABŞ növbəti dəfə Qafqazda Ermənistanla fiaskoya uğramaq istəmir. Bu ABŞ-ın dünyadakı hegemonluğuna ciddi ziyan vura bilər. Yaxın Orta Şərqdə "Ərəb İnqilabı"ndan sonra ABŞ-ın siyasi və hərbi gücünün əslində deyildiyi kimi olmadığı ortaya çıxdı. Buna görə də Vaşinqton çalışır ki, Rusiyanın işinə qarışmasın. Ona görə də Ovannisyan nə qədər şikayət etsə də bunun nəticəsi olmayacaq. Ola bilər ki, 2008-ci ildə olduğu kimi martda Ermənistanda yenidən qırğınlar olsun. Sərkisyan Ovannisyanın tərəfdarlarının ölümünə fərman verə bilər. Raffi Ovannisyan bizim Rüstəm İbrahimbəyov kimi "intellegent" siyasətçidir. Yəni Ovannisyan əli, ayağı xüsusi əlcəklərdə olan siyasətçilərdəndir. Bərkə düşəndə həmişə qoyub qaçır. Guya Ovannisyan məsələləri demokratik yollarla həll edir. Qarşıdurma ola bilər, qan tökülə bilər, amma buna görə Serj Sərkisyanın hakimiyyəti Raffi Ovannisyan verəcəyini ehtimal etmək sadəlövhlükdür" ("OLAYLAR" İA)