Vladimir Putin azərbaycanlı milyarderlərin qarşısına şərt qoyub - AÇIQLAMA
Elxan Şahinoğlu: “Kreml gürcüstan ssenarisini Azərbaycana tətbiq edə bilər”
1 Mart 2013 13:05 Siyasət"Gürcüstan və Azərbaycan Rusiyadan qaynaqlanan real qeyri-stabillik təhlükəsi ilə üz-üzədir. Moskva RATİ üzvü Söyün Sadıxov, milyarder Vahid Ələkbərov və başqaları ilə əl-ələ verərək Gürcüstanda baş verənləri Azərbaycanda da həyata keçirmək istəyir və böyük pullar hesabına hakimiyyət dəyişikliyinə nail olmağa hazırlaşır". Gürcüstan prezidenti Mixail Saakaşvili yerli KİV-ə açıqlamasında belə deyib. "Mixail Saakaşvilinin bu məlumatları haradan əldə etməsi çox maraqlıdır. Azərbaycan da digər tərəfdən iddialar irəli sürür ki, Moskvada formalaşan milyarderlər klubunun daxildə aktiv şəkildə siyasətə qoşulmasında Kremlin əli var" deyən politoloq Elxan Şahinoğlunun sözlərinə görə Söyün Sadıqov Putinin radikal siyasətinin əsas fiqurlarından biridir: "Amma, Vahid Ələkbərovun bu işdə əlinin olub olmamasını demək çox çətindir. Vahid Ələkbərov, Telman İsmayılov, İskəndər Xəlilov və başqaları gəlirlərinin böyük hissəsini Rusiyada əldə ediblər. Buna görə də Kreml onlara şərt irəli sürə bilər ki, onların istəklərini yerinə yetirsinlər. Kremlin istəkləri də Azərbaycanla bağlı ola bilər. Moskvanın artıq Azərbaycana təzyiqləri artır və Rusiya da azərbaycanlı milyaderlərdən Azərbaycana qarşı istifadə etməsi inandırıcıdır. Necə ki, Kreml İvanişvilinin əlilə Gürcüstanın daxili siyasətinə təcavüz etdi, eyni ssenarinin Azərbaycana qarşı tətbiq edilməsi mümkündür" ("OLAYLAR" İA)