Erməni qəzetindən şok etiraf: "Xocalı qətliamına görə məsuliyyəti üzərinizə götürün"
1 Mart 2013 11:27 SiyasətTürkiyədə erməni dilində nəşr edilən "Agos" qəzetinin redaktoru erməniləri Xocalı faciəsinə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb. Türkiyədə erməni dilində nəşr edilən "Agos" qəzetinin redaktoru Robert Koptaş erməniləri Xocalı faciəsinə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb. AzərTAc xəbər verir ki, Koptaş "Agos" qəzetində dərc edilmiş "Xocalıya görə məsuliyyət" adlı məqaləsində Xocalı soyqırımı haqqında ətraflı məlumat vermiş və bu hadisəni insanlığın faciəsi adlandırıb. Müəllif yazır ki, 21 il bundan əvvəl Xocalıda baş vermiş hadisələr dəhşətli faciədir və Türkiyədə yaşayan ermənilər bu cinayət haqqında hələ çox şey öyrənməlidirlər. Məqalədə vurğulanır ki, bu faciəli hadisəni müharibənin "qaranlıq tərəfləri"nə aid etmək olardı, lakin əgər ermənilər özlərini soyqırımına məruz qalmış millət hesab edirlərsə, onlar susmamalı və məsuliyyətdən qaçmamalıdırlar.